Nikolay İvanoviç Anserov – rus antropoloqu, anatomu və morfoloqu.
Haqqında
N. Anserov Moskva Universitetinin tibb fakültəsini bitirmişdir (1916). Perm Universitetində (1923–26), Azərbaycan Dövlət Universitetində (1927–30), Azərbaycan Tibb İnistitutunda (1930–36), eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunda (1931–37), 3-cü Moskva Tibb İnistitutunda (1937–41), Moskva Birləşmiş Tibb İnistitutunda (1941–44) kafedra müdiri işləmişdir. Tədqiqatları insanın həzm orqanlarının ontogenezinin və insan skeletinin qan təchizatının öyrənilməsinə həsr edilmişdir. O, uşaqlarda qarışıq qidalanmaya keçdikdən sonrakı və pubertat dövrlərdə bağırsaqların böyüməsini müəyyən etmişdir (1922). Azərbaycan xalqının antropoloji xüsusiyyətlərinin öyrənilməsində xidmətləri olmuşdur.
İstinadlar
Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər