Keçekyanın villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanında yerləşən bina. XIX əsrdə inşa edilən bina Naxçıvan-na-Donu şəhərinin mərkəzində yerləşirdi. Hazırda ərazi Proletarski rayonu adlanır. Bu gün binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Tarixi thumb|left|180px|Keçekyanın ailəsi thumb|right|280px|Keçekyanın binası (sağda) Naxçıvan-na-Donu şəhərinin Bulvarnaya meydanı, ev 7 ünvanında yeləşən bina XIX əsrdə inşa edilmişdir. Binanın tikintisinə nəzarət şəhər arxitektoru Nikolay Nikitiç Durbax tərəfindən həyata keçirilmişdir. Sənədlərə görə 1886-cı ildən binanın sahibi Olqa Tarasovna Xocaev olmuşdur. 1894-cu ildə Xocaev binanı 8 min rubla İskuqi Xaçeresovna Kekeçyana satmışdı. O, həkim Fedorun həyat yoldaşı idiВыпись из крепостной книги Таганрогскаго Натариального Архива по г. Нахичевани н/Д за 1894 г. Фамильный архив Кечек-Кечекьян.

Keçekyan burada həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayırdı. İskuqi Xaçeresovna Kekeçyan erməni qadınlarının xeyriyə cəmiyyətinin üzvü idi. Sovet hakimiyəti qurulduqdan sonra bina milliləşdirilmişdir. 1926-ci ildən binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir.

Arxitektura Bir mərtəbəli binanın əsas fasadı olan Soboda meydanına baxır. Şərqində Saqirovun villası yerləşir. Fasadı klassizm stilində bəzədilmişdir.

Həmçinin bax

Qavalanın binası Dukmasovanın binası

İstinadlar

Kateqoriya:Rusiya tikililəri Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri Kateqoriya:XIX əsrdə tamamlanmış evlər