Burle Marks Robertu () — Braziliya landşaft memarı, rəssam, heykəltaraş, botanik.Burle Marks// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 97–98.

Həyatı Almaniyalı mühacir Vilhelm Marksın ailəsində doğulmuşdur (K. Marksın nəslindəndir).Berlində (1928–29, boyakarlıq və botanikanı öyrənmişdir), həmçinin Rio-de-Janeyrodakı Milli Rəssamlıq Məktəbindətəhsil almışdır. Braziliyanın tropik florası əsasında bağ-park incəsənətində müasir üslub yaratmışdır. 1934–37-ci illərdə Resifidəki bağ və parklara rəhbərlik etmişdir.

Fəaliyyəti Burle Rio-de-Janeyroda bir sıra iri ansamblnın binası (hazırda Mədəniyyət sarayı, 1937–43, memarlar Ş. E. Le Korbüzye, L. Kosta, O. Nimeyer, rəssam K. Portinarivə b.), Müasir İncəsənət Muzeyi (1954– 62, memar A. E. Reydi), Kopakabananıngəzinti yerləri və parkları (1959, 1970), beynəl xalq aeroport (1971) və s.] həyata keçirmişdir.

Braziliya şimalınin tikintisində Nimeyer ilə əməkdaşlıq etmişdir: digər mərkəzi ansamblların süni göl, parterlər və bağ-park kompozisiyaları (1960–70-ci illər). Burle Pampulyada (Belu-Orizonti yaxınlığında, 1941–44, memar Nimeyer) memarlıq kompleksinin yaşıllıq zonaları, Karakasda Del-Este parkı (1960–61) və Parisdə YUNESKO binaları kompleksinin yaşıllaşdırma layihələrinin (1963) müəllifidir. Boyakarlıq və dekorativ-tətbiqi sənətlə (keramika, şüşə, zərgərlik məmulatları və s.) məşğul olmuşdur.

İstinadlar

Xarici keçidlər Roberto Burle Marks

Kateqoriya:Braziliya memarları Kateqoriya:Braziliya rəssamları Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Musiqi