Başqırdıstan Dövlət Tibb Universiteti () — Ufa şəhərində yerləşən, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin balansında olan dövlət ali təhsil mərkəzi.
Tarixi Başqırdıstan Dövlət Tibb Universiteti 1932-ci ildə təşkil edilmişdir. İlk əvvəllər Frunze küçəsi ev 47 ünvanında yerləşən zirzəmiyə sahib binanın ikinci mərtəbəsində yerləşirdi. Sonradan binanı universitetə verirlər. Sonrakı illərdə universitetə 600 yerlik yataqxana inşa edilmişdir. Üstəlik yeni korpus belə istifadəyə verilmişdir. Universitetin ilk pedaqoqları: V. M. Romankeviç, S. Z. Lukmanov, Z. А. İsxanov, А. S. Davletov, İ. S. Nemkov, Q. N. Maslennikov, Е. N. Qribanov, М. А. Abdulmenov.
1933-cü ildə qistilogiya kafedrası, xarici dillər kabineti təşkil edilmişdir. Bu müəssisəyə həkim V. M. Romankeviç rəhbərlik edirdi. Pedaqoqlar isə V. A. Slovoxotov və R. İ. Safarov olmuşdur.
2012-ci ildə BDTU xəbərləri yayımlanmağa başlanmışdır.
2013-cü ildə Ufa Tib Kolleci universitetə birləşdirilmişdir.
Restorları S. М. Traynin — BDTU dirktoru 1932–1937. А. V. Çubukov — BDTU dirktoru 1937–1940. Q. А. Pandikov — BDTU dirktoru 1941–1947. А. А. İvanov — BDTU dirktoru 1947–1965. Z. А. İxsanov — BDTU dirktoru 1965–1973. Y. А. Losmanov — BDTU dirktoru 1973–1982. Vener Qazizoviç Saxautdinov — BDTU dirktoru 1982–1988. Feliks Xusainoviç Kamilov — BDTU dirktoru 1988–1994. Vil Mamiloviç Timerbulatov — BDTU dirktoru 1994–2011. Valentin Nikolayeviç Pavlov — BDTU dirktoru 2011.
Fakültələri Pediatr fakültəsi Müalicə fakültəsi Stamotoloji fakültə Müalicə işi fakültə Tibbi-profilaktik fakültə Əzaçılıq fakültəsi
Tanınmış pedaqoqları Aşot Movsesoviç Aqaronov (1895–1962) — alim, həkim-cərrah, qinekoloq, tibb elmləri doktoru, professor, Başqırdıstan MSSR əməkdar elm xadimi. Şamil Xanafiyeviç Qantsev (1951) — onkoloq. tibb elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi. Şamil Zarifoviç Zaqidullin (1944) — terapeft, tibb elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi. Dina Naumovna Lazareva (1922) — farmakoloq, tibb elmləri doktoru, professor. Gennadi Qriqoryeviç Maksimov (1940) — toksikoloq, əmək gigiyenası üzrə mütəxəssis, tibb elmləri doktoru, professor, Başqırdıstanın əməkdar tibb xadimi. Geniatulla Niqmatulloviç Terequlov (1891–1984) — terapevt, tibb elmləri doktoru, professor, SSRİ əməkdar tibb xadimi.
Ədəbiyyat Камалов М. Х., Сафин М. С. Медицинские кадры Башкирии за 60 лет. // Журнал "Советское здравоохранение", 1979 г. Сафин М. С. Башкирский государственный медицинский институт им. XV — летия ВЛКСМ. Уфа, 1978 г. История становления и развития БГМУ в воспоминаниях ветеранов и сотрудников. Уфа, 1999 г. История становления и развития БГМУ в воспоминаниях ветеранов и сотрудников. Уфа, 2000 г. Сафин М. С. Башкирскому государственному медицинскому институту 60 лет. Уфа, 1992 г.
Mənbə ГБОУ ВПО Башкирский Государственный Медицинский Университет История БГМУ
İstinadlar
Kateqoriya:Başqırdıstan universitetləri Kateqoriya:Başqırdıstan Dövlət Tibb Universiteti Kateqoriya:Ufada səhiyyə Kateqoriya:Ufada təhsil