Sofiko Mixaylovna Çiaureli (; 21 may 1937, Tbilisi - 2 mart 2008, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1976), Ermənistan SSR-in xalq artisti (1979). 100-dən artıq filmdə çəkilmişdir. Sovet aktrisaları arasında yeganə şəxsdir ki, yeddi dəfə "Ən yaxşı qadın roluna görə" beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb.

Həyatı Sofiko Çiaureli Tbilisidə aktrisa Veriko Ancaparidze və kinorejissor Mixail Çiaurelinin ailəsində anadan olmuşdur.

1960-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Boris Bibikovun emalatxanasını əla qiymətlərlə bitirmiş və vətənə geri dönmüşdür. 1960-1964-cü illərdə və 1968-ci ildən başlayaraq Marcanişvili adına Tbilisi Akademik Teatrının aktrisası olmuşdur. 1964-1968-ci illərdə isə Şota Rustaveli adına Gürcü Dövlət Akademik Teatrında çalışmışdır.

9-cu çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Sofiko Çiaureli 2 mart 2008-ci ildə, 71 yaşında uzun sürən xəstəlikdən vəfat etmişdir. Tbilisidə yerləşən Didube panteonunda həyat yoldaşı Kote Maxaradzenin yanında dəfn olunmuşdur.

5 mart 2008-ci ildə Tbilisi küçələrindən birinin aktrisanın adını daşıması barədə qərar qəbul edilmişdir. 2009-cu ildə Tbilisinin Sioni Skver adlı ərazisində Çiaurelinin büstü qoyulmuşdur. Büstün müəllifi heykəltaraş Levan Vardosanidzedir.

Ailəsi Həyat yoldaşları — Georgi Şengelaya və Kote Maxaradze. Qardaşları — Otar Çiaureli (1915—1964) və Ramaz Çiaureli. Xalası oğlu — Georgi Daneliya, kinorejissor. Uşaqları — Nikolay (Niko) və Aleksandr Şengelaya. Nəvələri — Nataliya və Georgi.

Mükafatlar 1966 — Gürcüstan SSR Lenin komsomolu Mükafatı ("Əllərinin istisi" filminə görə) 1966 — "Aktyor mükafatları" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı 1972 — "Aktyor işinə görə mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı 1974 — "Aktyor işinə görə ilk mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı 1974 — Bakıda keçirilən Ümumittifaq kinofestivalında "Vera məhəlləsinin melodiyaları" filminin Ən yaxşı qadın rolunun ifasına görə Birinci mükafat 1975 — XXVI Çexoslovakiya Beynəlxalq Kinofestivalında "Vera məhəlləsinin melodiyaları" filminin Ən yaxşı qadın roluna görə mükafat 1976 — Gürcüstan SSR-in xalq artisti 1979 — Ermənistan SSR-in xalq artisti 1980 — SSRİ Dövlət Mükafatı ("Şəxsi suallar əsasında müsahibə" filminə görə)

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Rol1956 Bizim həyət Sisino1958 Akvarel arvad1960 Bir qız haqqında povest Lali Nikoladze1961 İnquri sahillərində Tamara1963 General və qızçiçəyi Zosya1965 İndi başqa zəmanədir Tasiya1966 Xevsur balladası Mzekala1968 Təbəssümün qayıdışı Yelena1968 Narın rəngi gənc şairəşairin sevgisişairin ilham pərisimimmələkdəli rahibə1969 Qəm yemə! Sofiko1970 Hüdudlar Sofiko1970 Çermen Çermenin gənc anası1971 Əllərinin istisi Sidoniya1973 Haray musiqi müəllimi1973 Vera məhəlləsinin melodiyaları Vardo1974 Sireneva küçəsinin uşaqları Zaurun qonşusu1975 Çaxnaşma Tamro1976 Arzu ağacı Fufala1977 Üzüm vadisinə gəl Eka1977 Sahillər Nano Tavkelişvili1978 Səhvlər komediyası Liz1978 Şəxsi suallar əsasında müsahibə Sofiko1978 Arevik Arevik1979 Əlibaba və qırx quldur Zamirə1980 Qarışqa və birələrin yeni macərası cəngavər1980 Şillə Turvanta1982 Qadını axtarın Alisa Postik1984 Çoxbilmiş pilotun hekayəsi sərnişin1984 Suram qalası haqqında əfsanə Qulisvardi (Vardo)1984 Petrov və Vaseçkinin adi və ağlasığmaz tətilləri Manananın nənəsi1985 Kəbin səbətində milyon Valeriya1987 Qovulma prezidentin xanımı1988 Aşıq Qərib ana1991 Sərgərdan ulduzlar Sora-Broxa1992 Ada nənə1992 Gedəcəyimə söz vermişəm Tamazın anası1992 Gecə kəpənəyinin uçuşu 1997 Kamerqerskdə ulduzlu gecə kələmliyin işçisi2000 Xilas müəllim2001 Yalnız bir dəfə Vera Mixaylovna2005 Aylı vadinin serenadası 2005 Bağ evi satılır Surenin nənəsi2006 Mayak qonşu

İstinadlar

Xarici keçidlər The Times: Sofiko Chiaureli, Georgian actress who was the daughter of a Stalin toady and muse to a film director much distrusted by the Soviet Union Народная артистка Грузии, народная артистка Армении Софико Чиаурели, интервью на Радио Свобода, Виктор Шендерович, 5 ноября 2006 г.

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Gürcüstan aktrisaları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Ermənistan SSR xalq artistləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Didubi panteonunda dəfn olunanlar Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Gürcüstan SSR əməkdar artistləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları