Tacir Kostinin gəlirli binası - Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Çexov prospekti, Suvorov küçəsi ev 29/37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. XIX əsrin sonları XX əsrin əvvəlləri tacir Efim Yakovleviç Kostinə mənsub olmuşdur. Bina regional əhəmiyyətli tarixi, arxitektur və monumenal abidələri siyahısına daxil edilmişdir. Bina dörd mərtəbədən ibarətdir. Vəziyyəti idealdır.

Tarixi Bina XIX əsrin sonlarında inşa edilmişdir. 1917-ci ilə qədər bina Malaya-Sadovnaya küçəsi, ev 37/35, Malıy prospekti ünvanında yerləşirdi. Tacirin bu binadan başqa Yağ zavodu belə olmuşdur. Binanın sahibi özü idi. Binada o həm də həyat yoldaşı Momna İvanovna Kostina ilə birgə yaşayırdırdı. Ailənin üç oğlan övladı vardı. Stepan Yağ zavodunu işlədirdi və oranın dahibi olmuşdur. Digər oğulları olan Filip isə şəhər birinci polis bölməsində işləyirdi. Efim Yakovleviç Kostinin binası 1998-ci il 9 oktyabr tarixli, 411 saylı qərarla yerli əhəmiyyətli tarixi və mədəni abidə elan edilmişdir. Üstəlik qorunma altına alınmışdır.

Təsviri Bina dörd mərtəbədən ibarətdir. Bu günə qədər mövcudluğu qorunub saxlanılmışdır. XXI əsrdə binada restavrasiya işləri aparılmışdır. Üstəlik fasadı yenilənmişdir. Bu məqsədlə kərpiç və digər materallardan istifadə edilmişdir.

Həmçinin bax Poqodinin binası (Rostov-na-Donu) Eberqin binası (Rostov-na-Donu) Xacaevin binası (Rostov-na-Donu)

Mənbə Проект и строительство конторы Госбанка İstinadlar

Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri Kateqoriya:Rus üslubu Kateqoriya:XIX əsr memarlığı