Butuan — Filippində şəhər. Aqusandel-Norte əyalətinin inzibati mərkəzi, Karaqa rayonunun ən böyük şəhəri.Butuan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 134.
Əhalisi Əh. 309,7 min (2010).
Coğrafiyası Mindanao adasının şimalında, Aqusan çayının Mindanao dənizinin Butuan buxtasına töküldüyü yerdədir. Transfilippin avtomagistralında avtomobil yolları qovşağı. Bərə yolu Mindanao adasını Manila ilə birləşdirir. Yerli dəniz portu. Aeroport.
Tarixi İndiki Butuandan 5 km aralı olan ərazidə yaxşı vəziyyətdə qalmış ağacdan düzəldilmiş bir neçə dəniz gəmisi – “balanqay(uz. 15 m, eni 3 m) aşkar olunmuşdur. Gəmilər 320 ilə aid edilir. 7–15-ci əsrlərdə Butuan buxtasındakı məskən Çin, Şrivicayya və Macapahit İndoneziya dövlətləri ilə ticarət əlaqələri saxlamışdır. Məskənin “Butuan” adı ilk dəfə 11-ci əsrin əvvəllərində qeyd olunur. 1521-ci ildə F. Magellanın ekspedisiyası buraya çatmışdı; hesab edilir ki, Butuanda yerli racəsinin yanında Filippin İspaniyanın müstəmləkəsi elan olunmuşdu. Butuanda 1899-cu ildə Mindanao adasında ilk dəfə olaraq birinci Filippin respublikasının bayrağı (millətə məxsus müqəddəs əşya kimi xüsusi xəzinədə saxlanılır) qaldırılmışdı. 1901-ci ildən ABŞ-nin nəzarəti altında idi; 1907-ci ildən Aqusan (1914-cü ildən Regionun tarixi və mədəniyyəti muzeyi (arxeologiya və etnoqrafiya ekspozisiyaları), “balanqay” qayıqları muzeyi; yepiskopluğun kilsə varidatı muzeyi; “Süprem” və s. teatrlar, ekoloji “İlk pasxa messası parkı” var.
Sənayesi Butuan Aqusan çayı vadisi rayonunun ticarət-paylaşdırıcı (meşə tədarükü, qızıl hasilatı; abak, yağlı və kokos palması, banan, kasava və s. becərilməsi) mərkəzidir. Kənd təsərrüfatı xammalı, balıq və dəniz məhsullarının emalı müəssisələri fəaliyyət göstərir; sallaqxana və soyuducu var. Sərinləşdirici içkilər, tikinti materialları, taxtadan məmulatlar, bəzək əşyaları istehsal olunur. Aqusan-del-Norte) əyalətinin inz. mərkəzi olmuşdur. 1950-ci ildə şəhər, 1985-ci ildə iri şəhər statusunu almışdır.
İstinadlar
Xarici keçidlər
Butuan Şəhəri rəsmi vebsaytı
Butuan şəhərinin Facebook səhifəsi
Kateqoriya:Filippin şəhərləri