Ansi, həmçinin Annesi () – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Həmçinin bax Fransa
Xarici keçidlər Annecy photo blog
İstinadlar
Kateqoriya:Fransa şəhərləri Kateqoriya:Fransa kurortları Kateqoriya:Fransa prefekturaları