Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər.
Əhalisi Əhailisi 108,4 min (2011).
Coğrafiyası Buzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır.
Tarixi 1431-ci ildən məlumdur. 15–16-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (16–17-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır).
Memarlığı Banu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (1899–1903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var.
Sənayesi Qara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir. İES var. Buzeu rayonunda neft və liqnit hasil olunur.Buzeu// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 137-138.
Qalereya
İstinadlar
Kateqoriya:Rumıniya şəhərləri