thumb|206x206px|Keramika məmulatının qrafik təsviri
Taynaq — abidə Ağcabədi rayonu ilə Ağdam rayonu sərhəddində, "Şirxan qobusu"nun cənubunda, Ağcabədi rayonunun Taynaq kəndindən 600 m qərbdə yerləşir. Bu, dərənin relyefinə uyğun ŞmQ – CŞ istiqamətində uzanan, diametri 110×95 m, hündürlüyü şimal tərəfdən 5 m, cənub tərəfdə isə 3 m olan təpədir. Toplanılmış saxsı kolleksiyası eneolit (Leylatəpə mədəniyyəti) və orta əsrlər dövrlərinə aiddir.Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016
İstinadlar
Kateqoriya:Ağcabədi rayonunun qədim yaşayış yerləri