() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Statusu Nadir növdür.
Kateqoriyası Azərbaycanda kritik vəziyyətdədir (CR). Yaxın gələcəkdə nəsli kəsilə bilər.
Qısa təsviri Ümumi rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 169;.
Yayılması Naxçıvan MR üçün səciyyəvi quş olub. Keçmişdə Arazboyu bozqırlarda nəsil verib. 1926-cı il aprel-may aylarında Naxçıvan yaxınlığında cücələrini gəzdirməsi müşahidə edilib Спангенберг Е.П., Судиловская А.М. Животный мир Азербайджана // Кн. Птицы, Баку, 1951, с. 143;.
Yaşayış yeri və həyat tərzi Səhra, yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda XX əsrin əvvəllərinə qədər nəsil verib Спангенберг Е.П., Судиловская А.М. Животный мир Азербайджана // Кн. Птицы, Баку, 1951, с. 143;. Son illərdə ancaq köç vaxtı rast gəlinir Исаков Ю.А., Флинт В.Е. Семейств дрофиные // Птицы CССР. “Курообразные, журавлеобразные”. Ленинград, Изд. “Наука”, 1987, с. 492-502;Talıbov T.H. Qəşəng dovdaq-Chlamydotes undulata Jacquin // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 116-117. Rusiyada aprelin birinci yarısında yumurtlayırlar. Yumurtalarını kiçik çalaya (diametri 10-15 sm), bəzən isə birbaşa torpağın üzərinə, düz yerə qoyur. Adətən 3, tək-tək hallarda 2, yaxud 4 yumurta verir. Yalnız dişi quş kürt yatır, inkubasiya müddəti 23-28 gün çəkir. Yem rasionuna həşərat, kiçik sürünənlər və bitkilər daxildir Исаков Ю.А., Флинт В.Е. Семейств дрофиные // Птицы CССР. “Курообразные, журавлеобразные”. Ленинград, Изд. “Наука”, 1987, с. 492-502;.
Məhdudlaşdırıcı amillər Səhra, yarımsəhra və bozqırların kənd təsərrüfatı bitkiləri altında intensiv istifadə edilməsi və böyük miqdarda mal-qara otarılması, qanunsuz ovçuluq.
Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Ordubad Milli Parkının yarımsəhra ərazilərində yasaqlıqlar kömək edir. Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına, CİTES, Bonn və Bern konvensiyalarına daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Azərbaycanda reproduktiv bərpa edilməli, oraya repatriasiya olunmalı və ciddi nəzarət altında saxlanılmalıdır.
İstinadlar
Ədəbiyyat Mustafayev Q.T., Tuayev D.Q. Gruiformes–Durnakimilər // Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes), “Elm”, 1977, s. 207-208; Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.
Xarici keçidlər Azərbaycanın Qırmızı Kitabına (2-ci nəşr) daxil edilmiş fauna növlərinin siyahısı
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Həssas növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Afrika quşları Kateqoriya:25–29 ID olan Taksonbar