() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Nadirdir.

Kateqoriyası (VU) Təhlükə həddindədir.

Genefond əhəmiyyəti Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir).

Qısa təsviri Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır. Dimdiyi uzun və düzdür.

Yayılması Reproduktiv arealı Avropada və Asiyada yerləşib. Qışlamaq üçün Britaniya adalarına, Afrika, Avstraliya və Yeni Zelandiyaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir, eyni vaxtda buradan ötüb keçən populyasiyası da var.

Yaşayış yeri və həyat tərzi Rütubətli çəmənlikləri xoşlayır. Reproduksiya yerində, məsələn, Rusiyada fakultativ koloniya əmələ gətirir. Otun arasında sadə yuva tikir, 3-4 yumurta verir, 23-25 gün kürt yatıb cücə çıxarır, onları bir ay gəzdirib böyüdür. Müxtəlif cücü və bitki yeyir. Yayın axırında sürü əmələ gətirib miqrasiyaya başlayırlar.

Sayı Reproduksiya yerində adi saylı olması qeyd edilir. Lakin Azərbaycana gəlib çatan populyasiyası nadir olur. Ehtimal ki, miqrasiya yolunda qanunsuz ovlanır.

Məhdudlaşdırıcı amillər Qanunsuz ovlanması.

Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər İUCN-nin Qırmızı Siyahısına, Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda ovlanması qadağan edilib.

Qorunması üçün məsləhət görülən tədbirlər Növün qorunmasına ehtiyac olduğuna görə zooloji maarifçiliyə daxil edilməsi vacibdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İndoneziya quşları Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avstraliya quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar