Qamışlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir.
Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 40 km cənub-şərqdə, Başkeçid yaylasında yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 33 Kənd Ermənistanla sərhəd xəttinin 2 kilomertliyindədir. Qonşu kəndləri Səfərli, Qora, Lökcandar və Muğanlı kəndləridir. Tarixi 1536-cı ilə aid məxəzlərdə Borçalı bölgəsində Qamışkənd adlı yaşayış məntəqəsi qeyd olunmuşdur. Toponim qızılbaşların Komuşlu tirəsi ilə əlaqədar ola bilər.
Əhalisi Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 30 ailədə 508 nəfər, 1926-cı ildə 72 ailədə 509 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 355 nəfər (177 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhalinin 99 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 412 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Təhsil Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
İqtisadiyyatı Qamışlı kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır. Südlük-ətlik maldarlıq və ətlik qoyunçuluq geniş yayılmışdır. Kənddə sosial-iqtisadi vəziyyətin çətinliyi, infrastrukturun olmaması və coğrafi mövqeyin əlverişsizliyi ilə əlaqədar olaraq yüksək emiqrasiya mövcuddur.
İstinadlar
Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri