Pyetro Cermi () — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri.Cermi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 225
Həyatı Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var. "Fransaya qaçış", "Yovanka və başqaları", "Dodaq boyası", "La Viaçça" filmlərində çəkilmişdir. 1974-cü ildə "Mənim dostlarım" komediyası üzərində isə başlamış, lakin çəkiliş vaxtı vəfat etmişdir. Filmi M. Moniçelli tamamlamışdır.
Filmləri The Fornaretto of Venice (1939) The Ten Commandments (1945) Şahid filmi (1946) Yolunu azmış gənclik (1947) Qanun naminə (1949), Fransaya qaçış (1948) Ümid yolu (1950 Qanuna qarşı (1950) Şəhər müdafiə olunur (1951) Prezident arvadı (1952) Qısqanclıq (1953) Xanımlar və cənablar (1965) Dəmiryolçu (1955) Dodaq boyası Qətlin təfərrüatları (1959) İtalyansayağı boşanma (film, 1961) (1961) Yoldan çıxarılmış və atılmış qız (film, 1964) () Quşlar, arılar və italyanlar (1965) Əxlaqsız (1967) Serafino (1968) Bir ovuc yerfındığı (1970) Alfredo, Alfredo (1972)
İstinadlar
Xarici keçidlər Pyetro Cermi İMDb Pyetro Cermi All Movies
Kateqoriya:Film rejissorları Kateqoriya:Hepatitdən ölənlər Kateqoriya:İtaliya kinorejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:İtaliya ssenaristləri