() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2abc +3bc+4abc; B1ab (iii, iv, v) c (ii, iii) + 2b (iii, iv, v) c (ii, iii, iv). Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanaqları iridir, yumurtavar-kürəkşəkillidir, 3-4 sm-ə qədər enindədir, boz-qəhvəyi qınlıdır. Gövdəsi düzdür, 40-70 sm hündürlükdədir. Yarpaqları yastıdır, 10-20 mm enindədir, kənarları kələ-kötürdür. Salxımı dğınıqdır, enli-konsvari, 20-45 sm uzunluğundadır. Barsız çiçəkləri çoxsaylıdır, mavi rəngdə olmaqla, çiçəkdən bir neçə dəfə uzundur, qıvrımdır, qövsvari əyilmişdir. Meyvəverən çiçəklərdə çiçəkyanlığı sarımtıl və ya qəhvəyi-yaşıl rəngdədir, uzunsov boruşəkillidir, tam silindrvaridir. Çiçəkləmə və meyvəvermə vaxtı aprel və may aylarına təsadüf edir. Mezokserofitdir. Toxum və soğanaqlarla çoxalır. Dağətəyi, aşağı və yuxarı dağ qurşaqlarında, aranda, daşlı-çınqılı, otlu, dağ yamaclarında, yarımsəhralarında rast gəlinir. Dekorativ bitkidir.
Azərbaycanda yayılması Kür-Araz ovalığı, Lənkəranın Muğan hissəsi, Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu, Ardıc dağ, Havuş kəndi və Şahbuz rayonu Kükü dağ ərazisi).
Sayı və tendensiyası Populyasiyalarına az-az rast gəlinir. Fraqmentləşmiş sahələrinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Bəzək xüsusiyyətlərinə görə əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax