() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-NT.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanaqları 1-1,5 sm diametrindədir. Uzunsov-yumurtavari və ya yumurtavari, tünd-çəhrayı pulcuqludur. Yarpaqlar 3-4 sayda uzun-xətvari, gövdədən qısadır. Gövdə tək, 2-3, 12-18 sm hündürlükdədir. Salxım çox da böyük deyil, 2-3 (4) sm uzunluğundadır. Çiçəkyanlığı meyvəverən çiçəklərdə boruvari-kuzəşəkilli, 5-6 mm uzunluğunda, 3-4 mm enində, bənövşəyi rəngdədir. Erkəkcik ikisıralıdır, şarvari tozcuqludur. Yumurtalıq aydın olmayan üçtilli, dairəvi, sütuncuqdan qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may ayına təsadüf edir. Mezokriptofit, duza davamlıdır. Soğanaqla çoxalır. Meşələrdə, qayalı yamaclarda, çəmənlərdə, kolluqlarda bitir.

Yayılması Lənkəranın dağlıq hissəsi (Lerik rayonunda, dəniz səviyyəsindən 1300 m yüksəklikdə).

Sayı və tendensiyası Yeganə lokalitet olan Hirkan Milli Parkında qorunmasına baxmayaraq ətraf mühitin dəyişilməsindən asılılığı populyasiyanın sayında azalma tendensiyasına səbəb olur.

Məhdudlaşdırıcı amillər Hazırda populyasiyanın qorunmasına və sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması təhlükə yarada bilər.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə heç bir tədbir görülmür. Yasaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Pakistan florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Belarus florası Kateqoriya:Şimali Amerika florası