Pompey Lakşmisi — fil sümüyündən hazırlanmış hind heykəlciyi; dağılmış Pompeyin yerində XX əsrin 30-cu illərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır.
Ehtimallara görə bu hindust və buddistlərin məhsuldarlıq, gözəllik və var-dövlət ilahəsi hesab etdikləri heykəlciyidir. Heykəlcik hal-hazırda saxlanılır (№ 149425).
Tapılması Heykəlcik Pompey xarabalığındakı böyük olmayan Via dell Abbondansa evindən tapılmışdır. Həmin ev hal-hazırda "Hind heykəlcikləri evi" adlanmaqdadır. Tapılma tarixi haqqında məlumatlar fərqlidir və əsasən 1930 − 1935-ci illər arasında dəyişir, bəzən isə 1938-ci il hesab olunur.
Əgər ilahəni bəzəyən zinət əşyaları nəzərə alınmazsa, demək olar ki o, tamamilə çılpaq təsvir edilib. İki xidmətçi qadın – hər tərəfində biri olmaqla, onun sağında və solunda dayanıb və əllərində kosmetika vasitələri qutusunu saxlayıblar.
Bu heykəlciyin Pompeyə gəlib çıxması b. e.-nın 79-cu ilinədək baş verib, həmin tarixdə isə Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər lava axını və vulkan külünün altında qalmışdır. Heykəlciyin 79-cu ildə dağılmış Pompeyin xarabalığından tapılması I əsrdə Hind-Roma ticarət əlaqələrinin mövcud olmasına dəlalət edir. Neapol Milli Arxeologiya muzeyi tərəfindən müəyyənləşdirilmisdir ki, heykəlcik həmin əsrin birinci yarısında Hindistanda hazırlanmışdır.
Mənşəyi Əvvəlcə hesab edilirdi ki heykəlcik düzəldilib, amma indi daha çox onun düzəldiyi yer hesab olunur, belə ki Bhokardanda bu heykəlciyin eynisi olan iki başqa fiqur tapılmışdır. Heykəlciyin başı üstündə dairəvi deşik var. Təyinatı barədə bir neçə ehtimal irəli sürülür; ehtimallardan biri budur ki heykəlcik hansısa predmetin tutacağı olmuşdur, digər ehtimala görə isə heykəlcik fil sümüyündən yonulmuş üçayaqlı masanın ayağı imiş.
Ehtimal edilir ki rac dövründə − b. e.-nın I əsrinin birinci yarısında, Satavahanı işğal edərkən Pompey Lakşmisi qənimət kimi Satavahan dövləti ərazisində ələ keçirilmiş və Kşatrapıdan qərbə satılmışdır. məqaləsindən isə məlumdur ki, həmin vaxtlarda Qərbi Kşatrapının Roma İmperiyası ilə ticarət əlaqələri mövcud idiThe Voyage around the Erythraean Sea , translation with commentary, Chap 41, 48 and 49.
İstinadlar
Kateqoriya:Hindistan mədəniyyəti Kateqoriya:Pompey Kateqoriya:Dini heykəllər