() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır. Tozcuqlar narıncı, iti, dişicik ağzı narıncı, xətlərə ayrılmışdır. Çiçəkləməsi oktyabr, meyvə verməsi oktyabr-noyabr aylarına təsadüf edir. Kök yumrusu şarşəkilli və ya yastılanmış şarşəkillidir, diametri 1–2 sm, qaidə hissəsi əlavə kök yumruludur; kök yumrusunun örtüyü qaidə hissədən halqa ilə ayrılır, pərdəvaridir, nazikdir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr-noyabr aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (geofit), arandan subalp qurşağına kimi, kolluqlararası, meşəkənarı, otlu yamaclar və şumlanmış tarlalarda Silybum marianum, Stellaria media, Geranium albanum növlərindən təşkil olunmuş senozun komponenti kimi iştrak edir.

Yayılması Kolluqların arasında, meşə kənarında, otlu yamaclarda və şumlanmış tarlalarda bitir. Böyük Qafqazın bütün rayonları (Quba rayonu, Gədik kəndi ətrafı), Qobustan, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəranın və Naxçıvanın dağlıq hissəsi (Şahbuz və Culfa rayonu), Lənkəran dağlıq ovalıqdan subalp yüksəkliyinə qədər.

Yaşayış mühiti Otlu yamaclarda meşə ətrafında, kolluqlar arasında və şumlanmış yerlədə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Tibbi əhəmiyyəti vardır. Kütləvi surətdə çiçəkləyən zaman payızda dekorativ bitki kimi görünür.

Sayı və tendensiyası Fraqmentləşmiş sahənin və yaşayış mühitinin, keyfiyyətinin azalması populyasiyanın davam edən azalma tendensiyasını göstərir.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (intensiv otarılma, otların biçilməsi, əkin sahələrinin şumlanması, dekorativ ədviyyat bitkisi kimi yığılması).

Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi planlı otarılma tədbirlərinin görülməsi təklif olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Bolqarıstan florası