() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT.

Təbii yayılması Böyük Qafqazın Quba, şərq və qərb hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, mərkəzi hissələri və Kür düzündə yayılmışdır.

Botaniki təsviri Çoxillik ot bitkisidir. Gövdə 11-47 sm hündürlükdədir. Yarpaqlar xətvari, 2-3 mm enində, oturaq, 8-20 mm uzunluğunda olan qına bitişib. Çiçəkqrupu başcıqlı, ağ-dərivari üst yarpaqlarla örtülmüşdür, bu yarpaqlar tərs-yumurtavari, uzunsov və ya ellipsivaridir, birdən-birə bizvari qurtaracağa keçirlər. Kasacıq silindrvari, lansetvari iti dişciklidir. Qutucuq silindrvari, kasacıqdan qısadır. Toxumlar yumurtavari, yastı, nöqtəli-təpəciklidir.

Ekologiyası Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Mezokserofit bitkidir. Aşağı və orta dağ qurşaqlarında kolluqlarda, meşə talalarında, otlu yamacalarda rast gəlinir. Antropogen və iqlim amillərinə həssaslıq göstərir. Məhdudlaşdırıcı amillər otarılma, tapdalanma, biçənəklərdir. Yayılma yerlərində antropogen təsirlərin azaldılması təklif olunur.

Azərbaycanda yayılması Azərbaycanın nadir növüdür.

İstinadlar

Həmçinin bax