() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdələri 10-15 sm hündürlükdədir. Köküstü yarpaqlar çoxsaylı, aztükcüklü, darxətli və ya ləçəkbölümlü, bir az dar xətli (1 mm-ə qədər enində) yan seqmentlərə və daha uzun baş seqmentə malikdir. Gövdə yarpaqları 1-2 sayda, xırda, xətlidir. Səbətlər tək, 25 mm uzunluğundadır. Örtücük səbətin əsasında, ağ-keçəli; xaricdə yerləşən yarpaqcıqlar uzunsov-xətli, təpəcikdə kütvaridir. Toxumcası (ayaqcıqla bir yerdə) 12 mm-dək uzunluqda və 1-1,5 mm enində, çılpaq; zəncirotu sarımtıl rəngli, toxumcadan qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı, işıqsevən, quru, çınqıllı yamaclarda, orta dağ qurşağında rast gəlinir.

Yayılması Lənkəranın (Lerik rayonu-Orand kənd ətrafı, Sibirdu dağı yaxınlığında) və Naxçıvanın dağlıq hissələri (Ordubad rayonu — Qapıcıq dağı, Şıxyurdu dağı).

Sayı və tendensiyası Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Məhdud halda yayılması, antropogen və zoogen amillərdir.

Mühafizə tədbirləri Hazırda xüsusi tədbir hazırlanmamışdır. Növün müasir vəziyyətinin öyrəniloməsi, mütəmadi monitorinqlərin aparılması, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax