() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdakı yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.

Yayılması Kiçik Qafqazın şimal hissəsidir (Xankəndi ətrafında, Mıxtökən dağı).

Sayı və tendensiyası Məlumat yoxdur 

Məhdudlaşdırıcı amillər Məlumat yoxdur 

Mühafizə tədbirləri Qournması üçün tədbirlər aparılmır, yeni yayılma yerlərinin axtarılması tələb olunur.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax