Şirvan qurdotu (Elmi adı Linaria schirvanica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(i, ii, iii) + 2ab(ii, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.http://redbook.az/?options=project&id=%C5%9Eirvan%20qurdotuAzərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013

Qısa morfoloji təsviri Çoxilik və ya birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdədir. Yarpaqlar oturaq, darxətvari, itidir, 2-7 sm uzunluqda, 1-4 mm enindədir. Çiçək qrupu azçiçəkli, sünbüllü salxımdır. Kasacığın hissəcikləri 3-4 mm uzunluğunda, uzunsov –yumurtavari və ya uzunsov dairəvi – küt, vəzicikli-tükcüklüdür. Tac iri, 15-25 mm uzunluğunda (mahmızı yoxdur), parlaq bənövşəyi rənglidir, mahmızı nazik, hamar, enli haşiyəli, 3 mm uzunluğundadır.1. Флора Азербайджан, 1957.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel-iyun, meyvə əmələgətirməsi may –iyul alarına təsadüf edir. Kserofit bitkidir. Arandan aşağı dağ qurşağına kimi quru, gilli, otlu yamaclarda, nadir hallarda əkinlərdə rast gəlinir. Dekorativ bitkidir.

Yayılması Böyük Qafqazın Quba sahəsi və şərq hissəsi, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylasıdır.

Sayı və tendensiyası Populyasiya azalır. Antropogen təsirlər kəskin azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər Otarılma, tapdalanma, biçin və infrastrukturun inkişafıdır.

Mühafizə tədbirləri Yayılma ərazilərində antropogen təsirləri azaltmaqdır.

İstinadlar

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar