() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A4 cd; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.
Botaniki xarakteristikası 16 m-ə qədər boyunda ovalvari və ya uzunsov çətirli ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari, iti dişli, uc tərəfi adətən uzunsov itidir, kənarları xırda dişlidir; 8-10 sm uzunluğunda, 4-5 sm enindədir; üstdən çılpaq və parıldayan, alt hissədən tutqun rənglidir; saplağı nazik, 10 sm-ə qədər uzunluğundadır. Meyvələri xırdadır, eni və uzunu 2-2,5 sm, kürəvari və ya oval-kürəvaridir, çətirşəkilli qalxancığa toplanmışdır; onların saplağı meyvədən 2-3 dəfə uzundur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Aprel ayında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması — entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Yuxarı dağ qurşağında palıd meşələrindəki talalarda rast gəlinir. Qiymətli qida bitkisidir.
Azərbaycanda yayılması Lənkəran ovalığı (Astara rayonu — Anbobu kəndi; Lənkəran rayonu — Daşdatük və Xanbulan kəndləri) və Lənkəranın dağlıq hissəsi (Lerik rayonu).
Sayı və tendensiyası İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Məhdudlaşdırıcı amillər Yetişmədən əvvəl gəmiricilər və quşlar tərəfindən yeyilir. Mal-qara otarılması təbii bərpanı çətinləşdirir.
Mühafizə tədbirləri Hirkan Milli Parkında mühafizə olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər