Kərgədan böcək () — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ.
Xarici quruluşu thumb|left|150px Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər.
Həyat tərzi Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar. Güclü gəmirici ağız aparatına malikdirlər, yaşlı fərdlər ağacların şirəsi ilə qidalanırlar. Sürfələrin inkişafı ağacların gövdə daxilində getməklə bir neçə il çəkir və bu mərhələdə də orada qışlayırlar. Çürümüş ağacların gövdələri daxilində ağac ovuntularından hazırlanmış xüsusi baramalar içərisində puplaşırlar. Pupdan çıxan böcəklər bir neçə gün ağacın daxilində (kəpək içərisində) sakit vəziyyətdə qalırlar və iyul-sentyabr aylarında uçmağa başlayırlar. Ədəbiyyat məlumatlarına əsasən bir nəslin inkişafı 3-4 il çəkir. Yayılması Kərgədan böcək dünyanın Avropa hissəsi, Afrika və Suriya, Qafqaz, Orta Asiya, Şərqi Sibir, Azərbaycanda yayılıb. Təsnifatı Yarımnövlər: Oryctes nasicornis afghanistanicus Endrödi, 1938 Oryctes nasicornis chersonensis Minck, 1915 Oryctes nasicornis corniculatus Villa & Villa, 1833 Oryctes nasicornis edithae Endrödi, 1938 Oryctes nasicornis grypus (Illiger, 1803) Oryctes nasicornis hindenburgi Minck, 1915 Oryctes nasicornis holdhausi Minck, 1914 Oryctes nasicornis illigeri Minck, 1915 Oryctes nasicornis kuntzeni Minck, 1914 Oryctes nasicornis latipennis Motschulsky, 1845 Oryctes nasicornis mariei (Bourgin, 1949) Oryctes nasicornis nasicornis (Linnaeus, 1758) Oryctes nasicornis ondrejanus Minck, 1916 Oryctes nasicornis polonicus Minck, 1916 Oryctes nasicornis przevalskii Semenow & Medvedev, 1932 Oryctes nasicornis punctipennis Motschulsky, 1860 Oryctes nasicornis shiraticus Endrödi & Petrovitz, 1974 Oryctes nasicornis transcaspicus Endrödi, 1938 Oryctes nasicornis turkestanicus Minck, 1915
Ədəbiyyat E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013
Kateqoriya:Lövhəbığlar Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika faunası Kateqoriya:Qırmızı kitablar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları