Amerikalı şirin qız () — 2016-cı il Böyük Britaniya istehsalı film.
Məzmunu
İtirməyə heç nəyi olmayan yeniyetmə qız Star (Sasha Lane) qapıdan-qapıya jurnal satışı ilə məşğul olan dəlisov bir komandaya qoşulur. İstədikləri kimi hərəkət edən, əylənən və pul qazanmaqdan başqa heç nəyi düşünməyən gənclər toplusu ABŞ-ni başdan-başa səyhət edib, satış etmək istəyirlər. Star isə satışdan əlavə intriqa dolu sevgi macəraları, qanun pozuntuları və gözlənilməz həyat reallıqları ilə üz-üzə qalır.
Filmi izlədikcə Starın cəmiyyət tərəfindən necə müəyyən axın istiqamətində yönəldildiyini görürük. Sanki, obrazımız özünü cəmiyyət adlanan axına buraxır və Dumandakı kirpi cizgi filmində kirpiciyəzin dediyi kimi qoy çay məni gedəcəyim yerə aparsın deyir.
Oxşar analogiyanı cizgi filmi ilə "Amerikalı şirin qız" arasında hələ çox qurmaq olar, çünki hər ikisi də individin öz şəxsi həyat yolunu axtarıb-tapmaq, ona öz yanaşmasını müəyyənləşdirmək və ilk öncə arzularını tapıb, sonra da onlara nail olmaqdan bəhs edir. Star həqiqətən də şirin, hələ həyatın nə olduğunu yeni-yeni başa düşməyə başlayan birisi kimi izləyici də müəyyən simpatiya oyadır.
İstinadlar
Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:A24 filmləri Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:Film4 Productions filmləri Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:2016-cı ilin dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:Focus Features filmləri Kateqoriya:Yol filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri