Qırmızı bağ - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə Rusiyanın “BayTMedia” studiyasının birgə istehsalı.http://www.anl.az - Qırmızı bağ, Pərvin Nurəliyeva, 525-ci qəzet 2017.- 25 noyabr.- S.15. İstifadə tarixi:01.12.2023https://www.trt.net.tr - Azərbaycanın “Qırmızı bağ”ı Almaniyaya gedir. İstifadə tarixi:01.12.2023 2011-ci ildə çəkilişləri başanılan, 2015-ci ildə hazır olan filmin ssenarisində dəfələrlə dəyişikliklər olub. Rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk tammetrajlı bədii filmidir. Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova və Taleh Bədiyev canlandırmışdır. 30-dan çox beynəlxalq kinofestival və kinoforumlarda iştirak etmiş, mükafatlar qazanmışdır. Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı xarici filmi” mükafatına nominant olmuşdur.
Məzmun
Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin.https://vimeo.com - Qırmızı bağ. İstifadə tarixi: 01.12.2023 Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir.
Abbas ölmüş həyat yoldaşına qovuşmaq üçün axirətə inanmalı, sahib olduğu şəcərə ilə öyünsə belə, Orxanı itirməmək onu qəbul etməlidir. Filmin əsas məsələlərindən biri məhz Abbasın daxili konfliktidir.
Qırmızı bağ – bizim arzularımızın reallaşdığı, həyat sevgisinə qоvuşduğumuz bir sakral məkandı. Bu məkana düşmək üçün yeganə yоl isə insana sevgi, bütün canlılara sevgi və bu gün nə qədər paradоksal оlsa da – özünün həyatını başqa bir insanın dirçəlişinə həsr etməkdir. Filmin qəhrəmanı Abbas ancaq bu həqiqəti dərk etdikdən sоnra bu sakral məkana daхil оla bilir.
Film haqqında
Ssenari AVANTİ (İsveçrə) proqramı çərçivəsində işlənilmişdir.Məsləhətçilər DAQMAR BENKE (Almaniya), KŞİŞTOV ZANUSSİ (Polşa).
Mükafatlar
1. "Ən yaxşı bədii film", 15-ci Dəkkə Beynəlxalq Film Festivalı, 2017.https://azertag.az - “Qırmızı bağ” ən yaxşı film mükafatına layiq görülüb. İstifadə tarixi: 01.12.2023 2. Üç "Altın kemança" mükafatı, Trabzon Beynəlxalq Film Festivalı, 2017.https://kinoyazar.az - Qırmızı – etirafın rəngi Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı”. 3. Rejissora filmin "Parlaq Bədii həllinə" görə Azərbaycan Kinematoqrafiya İttifaqının mükafatı, 2017. 4. Rusiyada “MDB və Baltikyanı ölkələrinin "Ən yaxşı filmi” nominasiyası üzrə Nika mükafatına nominant elan olub, 2017.https://kulis.az - “Qırmızı bağ”ın Rusiya uğuru. İstifadə tarixi: 01.12.2023 5. "Ən yaxşı bədii film", 17-ci Baykal Beynəlxalq Film Festivalı, 2018. 6. Azərbaycan Kino Akademiyasının "QIZIL PƏRİ" mükafatına iki nominasiya üzrə layiq görülüb: ƏN YAXŞI TAMMETRAJLI BƏDİİ DEBÜT FİLMİ, rejissor Mirbala Səlimli, ƏN YAXŞI KİNO MUSİQİ, bəstəkar Salman Qəmbərov. 7. "Ən yaxşı operator", Maksim Drozdov, İtaliya-Azərbaycan Beynəlxalq Kinofestivalı, 2019.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi və quruluşçu rejissor: MİRBALA SƏLİMLİ
Quruluşçu operator: MAKSİM DROZDOV
Quruluşçu rəssam: LEONİD KARPOV
Bəstəkar: SALMAN QƏMBƏROV
Geyim üzrə rəssamlar: ELMAN RƏŞİDOV OLQA ŞABANOVA
Qrim üzrə rəssamlar: PAZİLAT QAZİMAQOMEDOVA NATALYA FYODOROVA
Səs rejissoru: TARİYEL HƏSƏNZADƏ
Səs operatorları: ANAR SALMANOV ELVİN BAYRAMZADƏ
Aktyorların səsləndirilməsi: MEHMAN NADİROV
Montaj: ANNA MASS
Rəng korreksiyası: İRİNA MASLOVA
İkinci rejissor: PƏRVİZ HƏSƏNOV
Rejissor assistentləri: AKİF YUSİFOV ƏLİ İMANOV İRADƏ SADIQOVA
Rejissor köməkçisi: YULİYA KAXETELİDZE
İkinci operator: İVAN KULAGİN
Fokus-pulerlər: SERGEY VERŞİNİN KONSTANTİN İVANOV
İşıq ustası: TAHİR BAĞIROV
Musiqi tərtibatçısı: İSMAYIL DADAŞOV
Mahnının ifaçısı: MEHRİBAN ZƏKİ
Şeirlərin müəllifi: VAQİF ASLAN
Kordinator: ƏNVƏR HƏSƏNOV
Maliyyə meneceri: ORXAN ƏLİYEV EMİL İBRAHİMOV
İnzibatçılar: İLQAR MUSAYEV ASİF AĞAYEV İLHAM ƏLİYEV İQRAR SALAMOV
Filmin direktoru: TOFİQ MUSAYEV
Xətt prodüseri: AZƏR QULİYEV
İcraçı prodüserlər: NAZİM HÜSEYNOV TEYMUR CƏFƏROV
Prodüserlər: MÜŞFİQ HƏTƏMOV TİMUR VAYNŞTEYN
Rollarda Abbas — MAQSUD MƏMMƏDOV Vəfa — GÜLZAR QURBANOVA Orxan — TALEH BƏDİYEV Molla — SALAMULLA İSMAYILOV Məktəb direktoru — XANLAR HƏŞİMZADƏ Bağban — RAMİS İBRAHİMOV Günel — BƏHİYYƏ ABDULLAZADƏ Montyor — PƏRVİZ MƏMMƏDRZAYEV Polis rəisi — ABBAS QƏHRƏMANOV Həkim — İLHAM HÜSEYNOV Uzunboy qəbirqazan — ÇİNGİZ NOVRUZƏLİYEV Balacaboy qəbirqazan — ABDULƏZİM ŞİRİNOV Daşyonan usta — ARİF KƏRİMOV Ustanın şagirdi — FİRDOVSİ NƏBİYEV Orxanın dostu — RÖYAL YUSUBOV Yekəpər — ASİF AĞAYEV Kəltənbaş — ORXAN HƏMİDLİ
Filmi səsləndirənlər:
Rövşən Məmmədli - Abbas (Maqsud Məmmədov (aktyor))(titrlərdə yoxdur)
Xarici keçid Treyleri izlə
İstinadlar
Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri