Abdullah şah () — Qolkonda hökmdarı, Qütbşahlar sülaləsinin son nümayəndəsi.

Həyatı 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər.

Hakimiyyəti Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu.

Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.Sultans of Deccan India, 1500–1700: Opulence and Fantasy by Navina Najat Haidar, Marika Sardar

Ailəsi İki qızı olmuşdu: Padşah Bibi xatun — 13 aprel 1656-cı Övrəngzibin böyük oğlu Məhəmməd Sultan ilə evlənmişdi.Journal of Indian History — Volume 45. University of Kerala. 1967. p. 132. Abdullah Məhəmmədi gələcək imperator kimi görmək istəsə də, Məhəmmədin atası tərəfindən edam edilməsi bu planlara son qoydu. Digər qızı — Əbül Həsən Qütbşah ilə evlənmişdi. Onu əvəz edən də elə kürəkəni idi. Oğlu olmamışdır.

İstinadlar