Qarabağlar sultanlığı — Naxçıvan ərazisində sultanlıq.
Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsinin tərkibində 12 nahiyə və bir sultanlıq var idi. Bu dövrdə Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərəşahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1590) Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdir. Bu dövrdə Qarabağ nahiyəsi 6 kənd, 2 məzrədən ibarət idi. Tədqiqatçıların fikrincə, XVII əsrin əvvəllərində Naxçıvan ərazisində hakimiyyətlərini bərpa edən Səfəvilər Qarabağların sultanlıq statusunu özünü qaytarmışdırQarabağlar – əsrlərin yadigarı. İstifadə tarixi: 11 fevral 2026..
Həmçinin bax Qarabağlar nahiyəsi
İstinadlar
Kateqoriya:Naxçıvan tarixi Kateqoriya:Azərbaycanla bağlı ərazilər