Rişta () Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.
Xarici quruluşu Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.Dişi fərdin uzunluğu 150 sm, eni 1,5 mm-dir. Erkək fərd kiçik olub, 30 mm-ə qədər uzunluqda olub, insanda aşkar edilmir.B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh..
Həyat tərzi Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır. Sürfənin sonrakı inkişafı suda gedir. Burada onlar aralıq sahib olan siklop tərəfindən udulur. Çox kiçik olduğuna görə mikrofilyariya adlanan sürfə siklopun bədən boşluğunda l-1,5 ay müddətində inkişafinı davam etdirərək, 1 mm-ə qədər böyüyür. İnsan qaynanmamış suyu içdikdə siklopu da udur və parazitə yoluxur. Sürfə insan orqanizmində mürəkkəb miqrasiya edərək, aşağı ətrafların dərialtı hüceyrələrinə daxil olur. Beləliklə, riştanın inkişafı üçün iki sahib: insan və siklop tələb olunur. insan əsas sahib, siklop isə aralıq sahibdir. Riştanın törətdiyi xəstəlik drakunkuloz adlanır. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh.. Rişta birləşdirici toxumada parazitlik edir və dərialtı yaralar-irinlilər əmələ gətirir. İrinlikdə, adətən yumaq kimi bükülmüş dişi qurd yerləşir. Demək olar ki, onun bütün bədəni saysız-hesabsız rüşeymlə dolu olan nəhəng balalıqla tutulmuşdur. Erkəklər çox kişik ölçüdədir (2sm). İrinliklər əsasən ayaqlarda, bəzən əllərdə və bədənin digər hissələrində əmələ gəlir. Yarılmış irinlikdən yumaq kimi bükülmüş riştanın ucu çıxır; irinlik açıldıqdan azca sonra dişi, çoxlu miqdarda sürfə doğur ki, onlar da yaradan xaricə çıxırlar. Sürfələrin sonrakı inkişafı suda gedir. Rişta ilə xəstələnmənin təhlükəsi, parazit parçalandıqda irinliyin çirklənməsi iləizah olunur. Bu zaman riştanın möhtəviyyatı yaraya tökülür, şiddətli ağrı verir və fleqmona (birləşdirici toxumanın irinli iltihabı) əmələ gətirir.zoologıyası
Yayılması Riştaya ən çox tropik ölklərdə və Orta Asiyanın bəzi yerərində rast gəlmək olar.V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh. Rişta tropik ve subtropik qurşaqda, iranda, Hindistanda, tropik Afrikada, Orta Asiyanın bəzi rayonlarında (Buxara) geniş yayılmışdır.B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yumru qurdlar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları