İki nöqtəli adalia parabüzəni () - Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir.

Biologiyası

Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. İki mürəkkəb gözləri aydın bilinir. Ağız hissə tünd sarıdır, dodaq uzanıb və parlaqdır, tüksüzdür. Ayaqları tünd qaradır, caynaqları enliləşmiş və qərni dişciklərə malikdir ki, bu, ağaclarda yayılan böcəklərin əsas əlamətləridir. Çünki caynaqlar ağaclarda şaquli vəziyyətdə durmağa xidmət edir. Qanadüstlükləri əsasən sarıdır, lakin dəyişkəndir. Hər qanadüstlüyündə, tən ortada iki qara nöqtəsi var.

Qidalandıqları ağaclarda alt yaruslarda olan yarpaqların alt tərəfinə, mənənə koloniyalarının arasına 300-ə yaxın yumurta qoyurlar. Hər yumurta topasında 5-30 yumurta olur. Bunların inkişafı-inkubasiya dövrü 4-5 gün olur. Sürfənin ümumi inkişafı temperaturdan və qida bolluğundan asılı olaraq 16-22 gün çəkir, pup mərhələsi 4-5 günə inkişaf edir. Çıxım 55-60 faiz olur.Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Ümumiyyətlə dağlıq zonlarda sürfələrin çıxımı aran zonaya nisbətən 10-15 faiz aşağı olur. İl ərzində iki nəsil verirlər. Çoxalma aprel ayının sonundan başlayır. Mayın əvvəlində yekunlaşır. İkinci nəsil avqustun sonu sentyabrın əvvəlləri başlayır. Qışlama adətən qidalandığı ağaclarda qabığın altında, günəşə tərəf hissədə keçir. Qışlama oktyabr ayının ikinci yarısından, martın ikinci yarısına qədər davam edir. Qışın soyuq keçdiyi illərdə 10 faizə qədər tələf olurlar.

Azərbaycanda yayılması

Ordubad, Şahbuz və Culfa rayonlarının dağlıq və dağətəyi zonalarında yayılıb.

Ədəbiyyat

Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.

İstinadlar

Kateqoriya:Parabüzənlər Kateqoriya:Azərbaycan florası Kateqoriya:Onurğasızlar Kateqoriya:Böcəklər Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Həşəratlar Kateqoriya:Sərtqanadlılar