Xallı semiadaliya () — Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb.

Biologiyası

Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Bunlarda aydın görülən baş hissə yastılaşmış, azacıq da köndələn durmuşdur, qara mürəkkəb fasetli gözləri aydın görünür, alın hissə bir gözün həcmi böyüklüyündədir. Özünün isə böyüklüyü 4,5–5 mm-dir. Azərbaycanda sərt ekoloji stansiyalarda, təbii biosenozlarda və yoncalıqlarda yayılıb, müxtəlif növ mənənələrlə qidalanır. Şirvan, Gəncə, Qazax və Naxçıvan təbii zonalarında daha çox fərdləri var. Təbii biosenozlarda, eləcə də aqresenozlarda bunlara ən çox mayın sonu və iyunun axırında rast gəlinir. Yay və qış diapauzasını qidalandığı biosenozlarda, bükülmüş yarpaqların arasında və bəzən də ağacların çürümüş hissələrində keçirirlər.Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981

Yayılması

Xallı semiadaliya Qərbi Avropada və Qafqazda yayılmışdır.

Ədəbiyyat

Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.

İstinadlar

Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Altıayaqlılar