Banoş Cəfərqulu qızı Abbasova () — Sovet Azərbaycanı tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Həyat və əmək fəaliyyəti Banoş Abbasova 1918-ci ildə İliç rayonunun Xok kəndində anadan olmuşdur.

1971-ci ildə M. Əzizbəyov adına kolxozda kolxozçu və manqabaşçısı olmuş, 1971–1974-cü illərdə Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə 3,5 hektar ərazinin hər hektarından 25,6 sentner "Tık kulak" tütün sortunu yığmışdır.

1 iyul 1949-cu ildə tütünçülüyün inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və qızıl "Oraq və Çəkic" medalı ilə təltif olunmuşdur.

1974-cü ildə ittifaq əhəmiyyətli təqaüdçü oldu.

Banoş Abbasova 22 yanvar 1995-ci ildə Şərur rayonunda vəfat etmişdir.

Mənbə

Abbasova Banoş Cəfərqulu qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Tütünçülər Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər