Neqreyev Vsevolod Fyodoroviç (22 iyun 1903, Ukrayna, Kerç - 1967) — kimya elmləri doktoru (1951), professor (1953), AMEA-nın müxbir üzvü (1959), Lenin mükafatı laureatı.

Həyatı Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhərində anadan olub. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb.

Əmək fəaliyyəti Vsevolod Neqreyev 1930-1959-cu illərdə Azərbay­can Elmi Tədqiqat Neft Emalı İnsti­tu­tunda laboratoriya müdiri, 1959-1960-cı illərdə "Dənizneft" Dövlət Layihə İnstitu­tunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri işləyib.

Elmi fəaliyyəti Əsas elmi nailiyyətləri Vsevolod Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korroziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun sənaye miqyasında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. Alim dəniz neft-mədən, kimya zavodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kimyəvi və elektrokimyəvi korroziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. Onun təklifi ilə hazırda dəniz neft-mədənlərindəki polad dirəklər sink örtüyü vasitəsilə müvəffəqiyyətlə mühafizə olunur. Alimin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mü­hafizə üsu­lu 1960-1970-ci illərdə Krasnodar vilayətinin qaz mədən­lərində geniş tət­biq edilmişdir.

Vsevolod Neqreyevin 1938-ci ildə dissertasiya müdafiə etmədən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə isə professor elmi adını alıb. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. V. Neqreyevin işləyib hazırladığı metalların inhibitor vasitəsilə mühafizə üsulu 1960–1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilib..

Elmi əsərləri Vsevolod Neqreyevin 250 elmi əsəri mövcuddur. Onlardan bəziləri :"Коррозия оборудования нефтяных промыслов", "Защита от коррозии морских нефтепромысловых сооружений", "Борьба с коррозией промыслового оборудования", "Neft sənayesində korroziya ilə mübarizədə inqibitorların tətbiqi".

Müəllif şəhadətnamələri və patentləri 30

Monoqrafiyaları 20

Yetirmələri Vsevolod Neqreyevin rəhbərliyi ilə 6 elmlər doktoru və 50 fəlsəfə doktoru yetişdirilib.

Təltif və mükafatlar Neqreyev bir sıra müəlliflərlə birgə "Metal və neft-mədən avadanlığının korroziyadan mühafizəsi" işinə görə Lenin mükafatına layiq görülüb. Azərbaycan SSR-nin "Əməkdar Elm və Texnika Xadimi " adını alıb, "Lenin", "Qıırmızi Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.

Ölümü Vsevolod Neqreyev 1967-ci ildə vəfat edib və Fəxri xiyabanda dəfn edilib.

İstinadlar

Xarici keçidlər

Xoşbəxt Yusifzadə: Dünyada dəniz neftinə yolu ilk dəfə Azərbaycan açıb. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ötən 90 ildə şərəfli tarixi yol keçib.

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:AMEA-nın həqiqi üzvləri