2017 Su idman növləri üzrə Dünya Çempionatı — 14-30 iyul 2017-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində keçirilən 17-ci FİNA Su idman növləri üzrə Dünya Çempionatıdır.FINA Announces Dates for 2017 World Championships; Masters Worlds to Follow published by SwimSwam on 2014-06-17. (Kazan (RUS) and Guadalajara (MEX), next organisers ); posted by the Federation Internationale de Natation (FINA) on 2011-07-15; retrieved 2011-08-01.
Ev sahibinin seçimi 2011-ci il 15 iyul tarixində Şanxay şəhərində FİNA-nın Ümumi Qurultayı baş tutdu. 2017 Su idman növləri üzrə Dünya Çempionatının ev sahibi olacaq şəhər kimi Meksikanın Quadalaxara şəhəri elan edilmişdir. Eyni səsvermə ilə Rusiyanın Kazan şəhəri 2015-ci ildə Dünya Çempionatını qəbul etmişdir. Çinin Honkonq şəhəri isə həmin səsvermədə məğlub olmuşdur. Quançjou (Çin) və Monreal (Kanada) səsvermədən əvvəl yaxın vaxtlarda tender təkliflərini geri götürmüşdür.
2015-ci ilin fevral ayında Meksika təşkilatçılar bildirdilər ki, onlar multi-idman su tədbirinin keçirilməsinə sərf olunacaq 100 milyon dollar vəsaiti rəva bilmirlər.«México renuncia al Mundial de Natación 2017 por falta de dinero» . El Mundo, February 18, 2015. Ölkə dünya çempionatına ev sahibliyi vərəqəsini geri götürdü. 11 mart 2015-ci ildə Budapeşt Dünya Çempionatına ev sahibliyi edəcəyini açıqladı.
Məkanlar Turnirin təşkil olunduğu məkanlardan ikisi Budapeştdə yerləşir: Dunay Arena yeni qapalı üzgüçülük hovuzudur. Burada çempionatın üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışları keçirilmişdir. Kompleks Marqaret adasından şimalda, Dunay çayının şərq sahilində yerləşir. Digər məkan isə Alfred Hajos Milli Üzgüçülük stadionudur. Məkan Marqaret adasında yerləşir. Voterpol yarışları bu məkanda keçirilmişdir. Açıq hovuz üzgüçülüyü və yüksək suya tullanma yarışları isə Balaton gölündə keçirilmişdir.Budapest's New Pool To Host FINA Words in 2017 posted by swimvortex.com; retrieved 2013-07-23.
Turnir cədvəli ●Açılış mərasimi●Digər yarışlar●Finallar●Bağlanış mərasimiKKişilərin oyunlarıQQadınların oyunları İyul1415161718192021222324252627282930Mərasimlər ● ●Üzgüçülük●●●●●●●●Açıq hovuz üzgüçülüyü●●●●●●Sinxron üzgüçülük●●●●●●●●●Suya tullanma●●●●●●●●●Yüksək suya tullanma●●●VoterpolQKQKQKQKQKQKQK
İştirakçı ölkələr
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Su idman növləri üzrə dünya çempionatları Kateqoriya:Su idman növləri üzrə Dünya Çempionatı (2017) Kateqoriya:2017-ci ildə su idmanı