Bayram Ələsgərov Cavad oğlu ) — coğrafiya elmlər doktoru, professor.
Həyatı B. C. Ələsgərov 1934-cü ildə Azərbaycanın Gədəbəy rayonunda Rüstəm Əliyev kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirərək mühəndis geoloq ixtisası almışdır. 1966–1969-cu illərdə AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində aspirant olmuşdur.İdeya müəllifi B. Ə. Budaqov, Azərb. Coğrafiyaçı alimləri, Bakı "Elm" −2013, səh.45
Elmi fəaliyyəti 1964–1965-ci illərdə Azərbaycan Geoloji İdarəsində istehsalatda işləyib. 1971-ci- ildə böyük elmi işçi 1991-ci-ildə aparıcı elmi işçi 1971-ci-ildə "Şəmkirçay-Zəyəmçay hövzələrinin paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası, 1990-cı-ildə isə "Pleystosendə Azərbaycanın paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-cu-ildən Azərbaycan EA Coğrafiya institutunda işləyir. 2004-cü-ildən Paleocoğrafiya şöbəsinin rəhbəridir. Azərbaycan ərazisində Pleystosenin ayrı-ayrı əsrlərinin (Bakı, Xəzər, Xvalın və Holosen) relyefini, bitki və torpaq örtüyünü, iqlim şəraitini, çay şəbəkəsini, Xəzər dənizinin inkişaf tarixini bərpa etmək məqsədilə ardıcıl elmi tədqiqat işləri aparmışdır. Pleystosenin ayrı-ayrı əsrləri üçün paleocoğrafi, paleoiqlim, paleolandşaft xəritələrini (1:500 000 miqyaslı) tərtib etmiş və dəqiq məlumatlar vermişdir. 1996-cı ildən Bakı Dövlət Universitetində və digər ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olur.
Elmi əsərləri O, 150-dən çox elmi əsərin, o cümlədən bir neçə "Erkən və orta Pleystosendə Azərbaycanın paleocoğrafiyası" (1988), (Ə. V. Məmmədov birlikdə) "Pleystosendə Azərbaycanın paleocoğrafiyası" (Ə. V. Məmmədov birlikdə) (2002), monoqrafiyanın müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi toplantılarda mühüm elmi məruzələrlə çıxış etmişdir.
Həmçinin bax Həsən Əliyev Ənvər Şıxlinski Ələşrəf Məmmədov
Xarici keçid Bayram Ələsgərovətn Bayram Ələsgərov
İstinad Kateqoriya:Coğrafiya elmləri doktorları Kateqoriya:1934-cü ildə doğulanlar Kateqoriya:Professorlar