Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik, çılpaq olan çoxillik ot bitkisidir.Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

Yarpaq Yarpaqları açıq-yaşıl rənglidir, nazikdir; yarpaq ayasının uzunluğu 3–4 sm-dir, üçqat-üç hissəyə bölünmüş tükşəkilli payları vardır.

Çiçək Çiçəklərinin diametri 8–10 mm-dir. Çiçək saplağı yarpaqlardan uzun və ya ona bərabərdir. Ləçəkləri əksinəyumurta-şəkillidir, ağ rənglidir, demək olar ki, kasa

yarpaqlarından iki dəfə uzundur.

Meyvə Meyvələrinin sayı 15–30 ədəddir, yuxarı hissədə bozumtul-cod tüklüdür.

Çiçəkləməsi Aprel

Meyvə verməsi Aprel-İyul

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti Durğun və yavaş axan sularda, göllərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Parklardakı süni göl və akvariumlarda əkmək üçün istifadə olunur. Gövdəsi 150 sm-ə qədər uzunluqda, nazik, çılpaq olan çoxillik ot bitkisidir.

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. Oval. Ovalıqdan yuxarı dağ qurşağına qədər.

Mənbə Kateqoriya:Ot bitkiləri