Heydər Mirabbas oğlu Seyidov () — 1884-cü ildə, Şərur-Dərələyəz mahalında anadan olmuşdur. 1953-cü il aprelin 17-də Naxçıvanda (indiki Kəngərli rayonunda) vəfat etmişdir. 1949-cu ildə Sovet Azərbaycanın heyvandarlıq üzrə, Sosialist Əməyi Qəhrəmanı medalına layiq görülmüşdür.

Həyatı 1928-ci ildə keçmiş Noraşen (indiki Şərur) rayonunda, Beria kolxozunda (sonradan "Azərbaycan kolxozu") çobanlıq fəaliyyətinə başladı. Sonradan baş çoban seçildi.

Onun rəhbərliyi ilə 1948-ci ildə heyvandarlıq sahəsində yaxşı nəticələr əldə edildi. Yüksək heyvandarlıq məhsuldarlığına görə Seyidov Heydər Mirabbas oğlu 24 iyun 1949-cu ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Oraq və Çəkic" medalı, "Sosialist Əməyi Qəhrəmanı" və "Lenin ordeni" mükafatlarına layiq görüldü.

Mənbə

Kateqoriya:SSRİ heyvandarları