() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Morfoloji əlamətləri Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir.
Yayılması Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur. Təcrübəli balıqçıların məlumatına görə Azərbaycanın şimal şirinləşmiş sularında tək-tük hallarda tutulur.
Yaşayış yeri və həyat tərzi Volqa çayının aşağlarında yaşayan yarımkeçici, Volqoqrad və Kuybışev su anbarlarında yaşayan oturaq formaları vardır. İstisevən balıqdır. Çayların nisbətən dərin, qumlu yerlərində daha çox olur. Bu kiçik balıq plankton orqanizmləri və xırda balıqlarla qidalanır. Körpələri xərçəngkimilərlə, ancaq yaşlıları xırda balıqları qidalanır.
Çoxalması 3–4 yaşlarında, uzunluğu 20 sm olduqda cinsiyyət yetkinliyinə çatır. Kürüsünü aprel-may aylarında tökür. Kürü nohurların axar sularında qoyulur. Körpələr çaylarda yemlənir. Böyüməsi və yaş tərkibi öyrənilməyib. Cinsiyetkin fərdlərin bədənin uzunluğu 18–30 sm, orta kütləsi 200-250 q olur.
Təsərrüfat əhəmiyyəti Volqa sıfı balığının vətəgə əhəmiyyəti çox deyil. Ehtiyatları da böyük deyil.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Avstriya balıqları Kateqoriya:Xorvatiya balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Macarıstan balıqları