İmanbinəsi — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Tarixi Əsli İmanbinəsidir. Yaşayış məntəqəsi İman adlı şəxsə məxsus binə yerində salındığına görə belə adlandırılmışdır. 1961-ci ildən kənd yerini dəyişərək Tərtər çayının sahilindəki Əhmədoğlunun Şamı deyilən yerə köçmüşdür. Ona görə də kənd yerli əhali arasında Əhmədoğlunun Şamı da adlanırAzərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007.

Şəkillər

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri