Alfred Amtman-Briyedit – latış aktyoru, rejissor və pedaqoq, professor (1949).
Yaradıcılığı Alfred Amtman-Briyedit 1903-cü ildə Səhnə fəaliyyətinə başlamışdır. 1919-cu ildən Latviya dram teatrında işləmişdir (1944-cü ildən bədii rəhbər, 1949-cu ildən baş rejissor). Amtman latış teatrının görkəmli realist aktyorlarındandır. İndulis ("İndulis və Ariya", Y. Raynis), Atvasar ("Gil və çini", A. P. Qriqulis), Knurov ("Cehizsiz qız", A. Ostrovski) və s. "Balıqçı oğlu" (1949, V. Latsis), "Yaşıl torpaq" (1950; A. Upit), "İosif və onun qardaşları" (1956; Y. Raynis) və s. əsərləri tamaşaya qoymuşdur.
Mükafatları 1953-cü ildə — SSRİ xalq artisti. 1948, 1950, 1951-ci illərdə — SSRİ Dövlət mükafatı laureatı.
İstinadlar
Kateqoriya:Latviya aktyorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları