Arxac dağı – Babək rayonu ərazisində dağ (hünd. 1094,4 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənar hissəsində, Nehrəm kəndindən 4,3 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinin alt hissəsinə aid Alt Dərəlik yarımlay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş, sıldırımlı cənub-qərb yamaclarında Üst Tabaşirin Turon mərtəbəsinin alt hissəsinə aid eyniadlı lay dəstəsinin vulkanogen törəmələri açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.
Həmçinin bax: Qırmızıdağ-1 (Qızıldağ) Qız-gəlin dağı Maparax Cindağ (Ordubad) Gendərə (Babək)
İstinadlar
Kateqoriya:Babək rayonunun dağları