Bəyəhməd aşırımı — Culfa və Ordubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m). Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.
Həmçinin bax Qudurdağ aşırımı Biçənək aşırımı
İstinadlar
Kateqoriya:Azərbaycan aşırımları Kateqoriya:Ordubad rayonunun dağları