Domaşniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Yerləşməsi Sedov arxipelaqının qərb hissəsində yerləşir. Domaşniy adasından şərqdə Sredniy adası yerləşir. Bu iki ada arasında eni 0,8–1,2 km arasında dəyişən və dərinliyi 25 metr olan Sergey Kamenev boğazı yürləşir.
Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 4,3 kilometr, eni isə 950 metr təşkil edir. Adanın mərkəzində 20,7 m olan qaya cardır. Sahillərinin böyük hissəsi sıldırımlıdır. Adada çay yoxdur. Şimal və qərbində bir necə şirinsulu göl vardır.
Adanın şərq qutaracağında Pamyatnı burnunda Domaşniy qütb stansiyası yerləşir. Qütb stansiyası Georgi Uşakov tərəfindən 1930-cu illərdə işə salınmışdır. O, həm də adanın ilk xəritəsini tərtib etmişdir. Artıq stansiyanın əlverişsiz yerdə salınması 1954-cü ildə məlum olur. Bundan sonra stansiya Qolomyannıy adasına köçülülmüşdür. Adanın adı onun Arktikada olan bir çox tətqiqatçılar üçün araşdırma evi olması ilə əlaqədar verilmişdir. Georgi Uşakovun vəsiyyətinə əsasən o bu adafa basdırılmışdır. Üstəlik adada Stansiyanın keçmiş rəyisi B. Kremer 1976-cı ildə dəfn edilmişdirKP.RU // Сегодня 100 лет со дня рождения полярника и уроженца Тульского края Бориса Кремера. Georgi Uşakov adanı belə təsvir etmişdir:
İstinadlar
Xəritə Xəritə
Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları