Sverdrup adası — Kara dənizinin cənubunda yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Ada qütb araşdırmaçısı Otto Sverdrupun şərəfinə adlandırılmışdır.
Adanın uzunluğu 15 km, eni isə 10 km çatır. Mərkəzi zəif təpəlidir. Burada maksimal hündürlük 33 metrə çatır. Üzəri tundra bitkiləri ilə örtülüdür. Sahili və bəzi mərkəzi hissələrdə qumlaqlara rast gəlinir. Kənarlarında qumlardan dillər vardır. Qərbində geniş buxtaya sahibdir.
Ada Dikson qəsəbəsindən 120 km şimalda yerləşir. Ən yaxın torpaq sahasi 90 km şimal-şərqdə yerləşən Arktiçeskiy İnstitut adalarıdır. Ada Böyük Arktik qoruğu ərazisinə daxildir.
Adada lemminq, qütb tülküsü, Çovdarçıkimilər, qumluqcaP. S. Tomkovich, Breeding conditions for waders in Russian tundras in 1993 — International Wader Studies kimi canlılara rast gəlinir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları