Elçin Talıbov (d. 27 fevral 1990) — Azərbaycanlı para-cüdoçu. IV İslam Həmrəyliyi Oyunlarının qalibi.

Elçin Talıbovun böyük qardaşı, Natiq Talıbov da cüdo (paracüdo) idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Karyerası Elçin Talıbov 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -66 kiloqram çəki dərəcəsində o, əvvəlcə Türkiyə idmançısı Rəcəb Çiftçini 002:000, ardınca Özbəkistan idmançısı Utkirjon Niqmatovu 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Elçin Talıbov, digər bir Azərbaycan cüdoçusu Bayram Mustafayevi 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

İstinadlar

Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında cüdoçular Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları