Məzmunu Mənbə
Filmin hekayəsi gerçək bir hadisə olan "Torba hadisəsi"nə işarə ilə başlayır… 4 iyul 2003 tarixində Şimali İraqda yerləşmiş on bir xüsusi təyinatlı türk əsgərinin qeyri-rəsmi, yarı-gizli qərargahına müttəfiq Amerikan birlikləri gəlir. Türk qrupu bunu müttəfiqlərinin adi ziyarətlərindən biri zənn edir… Lakin bu səfər vəziyyət fərqlidir. Dəyişən şəraitdə Amerika bölgədə "son sözü" söyləyən tək güc olmaq hədəfindədir. Onlara görə regionda artıq türklərə yer yoxdur…
O gün on bir əsgər başlarına torba keçirilərək camaatın gözlərinin qarşısında əsgərlik qürurları heçə sayılaraq ölkədən xarici edilirlər…
Filmdə hər şey bura qədər gerçəkləri anladır…
Gerçəklər üstünə qurulan hekayədə Süleyman Aslan o on bir əsgərdən biridir. Vaxtilə alçaldılaraq təslim olmağı qüruruna yedirə bilməyən baş leytenant Süleyman geridə bir məktub qoyub intihar edir…
Məktub Polad Aləmdara yazılmışdır… Polad Ələmdar çox xüsusi olaraq yetişdirilmiş türk kəşfiyyatçısıdır. Dövlət adına çalışan gizli bir xidmətin ölkə daxili və xarici bir çox əməliyyatına qatılmışdır… Həyatda həmişə vəzifələri üçün yaşayan Polad Ələmdar vəzifəsi uğruna intihar edən yoldaşının vəsiyyətinə qeydsiz qala bilmir…
O artıq adamları ilə birlikdə Şimali İraqdadır, lazım olsa ölmək üçün…
Şimali İraqda onları fərqli bir vəziyyət gözləyir. Onlar türk əsgərlərinə utancı yaşadan adamın arxasınca idilər, amma gördükləri inanılası kimi deyildi. İraqda insanların dəyərləri, şəxsiyyətləri, keçmişləri heçə sayılırdı. Qurulmaq istənən yeni nizam insanlara qəbul edilə bilməz bir dəyişməni sırıyırdı… Bu qəbul edilə bilməz insanlıq cinayətlərinin görünən üzü torba hadisəsinin də baş aktyoru Sem Uilyam Marşal adındakı amerikan xüsusi qüvvə komandiridir.
Sem U. Marşal planını reallaşdırmaq üçün bölgədəki hər kəsin birləşdiyi ərəb toyuna hücum edir. Hamısı mülki sakin olmaqla onlarla adamı qətlə yetirilir. Toyun gəlini Leyla basqında gələcək həyat yoldaşını itirir… O gecə qətl edilən insanlar xaricində bir çox günahsız insan da terrorist adlandırılaraq həbs olunur.
Tale daha sonra Polad və Leylanın yollarını uğrunda ölməyi gözə aldıqları hədəf uğrunda kəsişdirəcək…
Semin arxasında artıq bütün günahları, Polad və Leyla var…
Rollarda Mənbə Necati Şaşmaz — Polad Aləmdar, keçmiş KGT üzvü Gürkan Uygun — Memati Baş, Polad Ələmdarın adamı Kənan Çoban — Əbdülhey Çoban, Poladın adamı, keçmiş KGT üzvü Ərhan Ufak — Güllü Ərxan, Poladın adamı Billy Zane — Sem Uilyam Marşal, ABŞ komandiri Bərgüzar Korel — Leyla, yerli sakin Ghassan Massoud — Şeyx Əbdürrəhman Xalis Kərküki, din xadimi Dieqo Serrano — Dante, ABŞ-li əsgər, Sem Uilyam Marşalın adamı Spenser Qarret — George Baltimore, jurnalist Qeri Buzi — Həkim, Semin dostu Nüsrət Şənay — Türk komandir Tayfun Ərarslan — Süleyman Aslan, türk zabit Tito Ortiz — ABŞ-li mayor İsmət Hürmüzlü — Əbu Tariq, ərəb lider Cihad Əbdu — Kürt lider Yavuz İmsəl — Həsən, türkman lider Mauro Martino — Mr. Fender, otel rəhbəri
Texniki heyət Mənbə Sərdar Akar — Rejissor Raci Şaşmaz — Prodüser, ssenari Raci Şaşmaz, Bahadır Özdənər — Ssenari Sonər Yalçın — Ssenari məsləhətçisi Ömər Lütfi Mete — Ssenari supervizoru Zübeyir Şaşmaz — İcraedici prodüser Həsən Kaçan, Mehmet Canpolad — Prodüser köməkçiləri Sadəddin Namoğlu — İstehsal rəhbəri Gökhan Kırdar, LOOPUS — Musiqi Səlahəddin Sancaqlı — Görüntü rejissoru Kəmaləddin Osmanlı — Quruluşçu Sadullah Şəntürk — Köməkçi rejissor
İstehsal
İnkişaf
Çəkiliş
Dizayn və xüsusi effektlər
Film musiqisi
Təqdimat
Marketinq
Ev üçün buraxılış
Qəbulu
Tənqidçilərin mövqeyi Türkiyədə işləyən ingilis jurnalist Gareth Jenkins Vaşinqtonda etdiyi çıxışda Türkiyə cəmiyyətində böyük bir psixoloji pozğunluq olduğunu və bunun da Qurdlar Vadisi İraq filmiylə görülə biləcəyini söyləyib: "Bu filmin DVD-sini almağınızı və görməyinizi istəyərəm. Filmdə Türkiyə cəmiyyətindəki böyük psixoloji pozğunluğu görə bilərsiniz. Filmdə ciddi şəkildə Osmanlı həsrəti və həddindən artıq türk millətçiliyi, hətta anti-semitizm var." Yığıncağa qatılan səfirlik səlahiyyətlisi isə qarşı çıxaraq bunun qəbul edilə bilməz olduğunu İfadə edib.
Gəlirlər
Mükafatlar
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Fragman Kamera Arkası Galeri Turkish movie depicts Americans as savages, CNN, 2006-02-02
Referenced in BBC Documentary Archive podcast Death To America Part Two: Turkey (May 2007)
Kateqoriya:Qurdlar Vadisi filmləri Kateqoriya:2006-cı ilin Türkiyə filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Teleseriallara əsaslanan filmlər Kateqoriya:Kapitalizmin tənqidi Kateqoriya:Türkiyənin döyüş filmləri Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:2003-cü il haqqında filmlər Kateqoriya:Müharibə filmləri