Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir.
Azərbaycanda
Paleontoloji və stratiqrafik nadir geoloji obyektlər №Obyektin adıObyektin yerləşməsiHaqqında1Quşquna kəsilişiQazax r-nuBu kəsiliş Kür-Qabırrı çayarası massivində Quşquna antiklinalında üzə çıxır (Qazax r-nu).
Akçaqılın xarakter kəsilişidir. Burada alt akçaqıl () dəniz fasiyasında (az qalınlıqlı qum, qumdaşı, qabıqlı əhəngdaşı və vulkan külü olan gilləri) təmsil edilərək sarmatın müxtəlif horizontları üzərində transqressiv və qeyri-uyğun yatır. Həmin çöküntülərdə molyusklar və onurğalılardan fil sümükləri tapılmışdır.
Üst akçaqıl bu kəsilişdə kontinental fasiyada () yayılmışdır. Onlarda müxtəlif onurğalıların sümüklıəri tapılmışdır.2Qaraca kəsilişiMingəçevir r-nuQaraca kəsilişi Azərbaycanda IV dövrün abşeron alt xəzər çöküntülərinin klassik kəsilişdir. Bu kəsiliş Mingəçevir turbazasından şərqdə yerləşmiş Qaraca antiklinalına aiddir. Burada abşeron çöküntüləri kontinental fasiyada (), pleystosen çöküntüləri isə kontinental və dəniz fasiyasında () yayılmışlar. Bu çöküntülərdə şirin sularda və dənizdə yaşayan molyusk qalıqları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri rast gəlir.3Bozdağ kəsilişiGoranboy r-nuDuzdağ silsiləsindən şimal-qərbdə Bozdağ silsiləsinin şimal-şərq hissəsində Dəyirmandağ qırışığında açılmışdır. O IV dövr abşeron çöküntülərinin (Acınohur regionu üçün) xarakter kəsilişidir.
Burada alt abşeron çöküntüləri az qalınlıqlı müxtəlif süxur təbəqəli qumlu gillər, orta abşeron gillər, qumlar və qumdaşları, üst abşeron isə əsasən gillər və qumlarla təmsil edilmişdir. Abşeron çöküntülərinin ümumi qalınlığı çatır. Alt və orta abşeronda əsasən dəniz faunası (molyusklar, ostrakodlar), üst abşeronda isə dəniz və şirin su (Bozdağ kompleksi) yayılmışdır.4Duzdağ kəsilişiYevlax r-nuDuzdağ dağı ətraf ərazidən aydın seçilən təpəvarı yüksəklikdir. O Goran dəmiryol stansiyasından şimalda yerləşərək struktur cəhətdən
braxiantiklinaldan ibarətdir. Burada qırışığın quruluşunda akçaqıl pleystosen çöküntüləri işdirak edir.
Akçaqıl çöküntüləri nazik təbəqəli qum və qumdaşlı gillərdən () ibarətdir. Bu çöküntülərdə molyusk və bitki qalıqları, onurğalıların sümükləri rast gəlir.
Acınohur üçün Duzdağ kəsilişi abşeron çöküntüləri üçün istinad kəsilişi kimi qeyd edilmişdir. Bu kəsiliş Acınohurun başqa kəsilişlərindən dəniz və sahil yanı kontinental çöküntülərin fasiləsiz açılışı və fauna qalıqları ilə zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı çatan abşeron çöküntülərinin hər 3 yarımmərtəbəsi ayrılır. Bu kəsilişdə pleystosen çöküntülərinin qalınlığı çatır.5Qobustan kəsilişiBakı şəh., Qaradağ r-nuQobustan tarixi qoruğu. By qoruq Bakı şəhərindən məsafədə Böyükdaş dağında yerləşmişdir. O Azərbaycan ərazisində yaşamış qədim insanların daş salnaməsidir. Burada tapılan daş dövr mədəniyyətı nümunələri bəşəriyyətin ən dəyərli irsi sırasına daxildir. O ümumdynya əhəmiyyətli abidədir və YUNESKO siyahısına daxildir. Bu abidələr orta abşeron süxurları üzərində yaranmışdır.6Kələvudağ kəsilişiQuba r-nuKələvudağ kəsilişi Cənubi Qafqazın cənub-şərq hissəsində təbaşir çöküntülərinin istinad kəsilişidir. Bu kəsiliş Quba rayonunun Qonaqkənd kəndi yaxınlığında Kələvudağın ətəklərində yerləşir və kəsilişin tamlığına və fauna qalıqlarının zənginliyinə görə seçilir. Gözəl mənzərəsi, rahat yolu və geoloji qiymətinə görə böyük həm elmi, həm də turizm üçün böyük əhəmiyyəti vardır.7Xızı konqlomeratlarıXızı r-nuYalnız Şaxdağ-Xızı zonasının cənubi-şərq hissəsinə xass olan və üst təbaşir yaşlı çökmə süxurlardan ibarət Xızı antiqafqaz muldasının binövrəsini təşkil edən qalın konqlomerat layı. Yura və alt təbaşir süxurlarının qırıntılarından təşkil olunmuş subhorizontal yatımlı konqlomeratlar alp tektonik fazasında qırışmaya, sonradan isə dərin aşınmaya məruz qalmış alt təbaşir argillitlərin üzərində transqressiv yatır.8Dərəköhnəbinə kəsilişiXızı r-nuŞaxdağ-Xızı tektonik zonasının üst apt-alb çökmə süxurlarının yeganə tam litoloji-stratiqrafik kəsilişi9Zeyid kəsilişiQuba r-nuAzərbaycan ərazisində yalnız Buduq muldasının geoloji kəsilişində iştirak edən paleosen-eosen yaşlı kvars qumları və ovunaq qum daşlarından ibarət lay dəstəsi.10Qaşırdağ lay dəstəsi kəsilişiCulfa r-nuAzərbaycan ərazisində yeganə çıxışı olan orta miosen yaşlı vulkanogen lay dəstəsi: traxiandezit və latit vulkanik brekçiyalar, tuflar və avtoklastitlər.7Xızı antiqafqaz muldasının kəsilişiXızı r-nu8İstisu kəsilişi – Qalacıqİsmayıllı r-nu9Dərəköhnəbinə kəsilişi (K 1ap-al)Xızı r-nu
Geotektonik nadir geoloji obyektlər
№
Obyektin adı
Obyektin yerləşməsi