Persidski və ya Persidskoye — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qızılyar rayonunda yerləşən kənd. Persidski kəndi Bolşezadoevskoe kənd inzibati vahidliyinə daxildir.

Əhali 1926-cı il Ümumittifaq Əhali Siyahıyaalınmasına görə kənddə hamısı azərbaycanlı olmaq şərtilə 152 nəfər yaşayırdı. 2002-ci il siyahıya alınmasına görə isə kənddə 204 nəfər yaşayırdı.Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ). 2010-cu ildə kənddə əksəriyyəti azərbaycanlı olan və dini baxımdan islam dininin şiə məzhəbində etiqad edən 235 nəfər (110 kişi və 125 qadın) yaşayırdı.

Coğrafiyası Kənd, Qədim Terek çayının sol sahilində, kənd yaşayış məntəqəsinin mərkəzi olan Bolşezadoyevsk kəndindən 8 km cənub-şərqdə və Qızılyar şəhərindən 17 km şimal-şərqdə yerləşir.

Tarixi Kəndin İrandan gəlmiş azərbaycanlı köçkünlər tərəfindən salınması ehtimal edilir. Bu Qızılyar ərazisində mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən yaşayış məntəqəsidir. Üstəlik Dağıstan ərazisində azərbaycanlıların yayılma ərazisinin ucqar şimal nöqtəsini təşkil edir.

İstinadlar

Kateqoriya:Qızılyar rayonunun yaşayış məntəqələri