Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər:

Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək; Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi.

Ədəbiyyat R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.

Kateqoriya:Elm Kateqoriya:Terminologiya