Benjamin Henrixs (23 fevral 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusu.
Klub karyerası
Bayer Leverkuzen Henrixs Bundesliqada debütünü 20 sentyabr 2015-ci ildə Borussiya Dortmund klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Kərim Bellarabini əvəz etmişdir. Həmin görüşdə Bayer rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur.
Monako 28 avqust 2018-ci ildə Henrixs Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır.
Milli karyerası Hernrixs Almaniyada anadan olmuşdur. Onun anası Qana, atası isə Almaniya vətəndaşıdır. Henrixs 4 noyabr 2016-cı ildə baş məşqçi Yoahim Lövün rəhbərliyi altında 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsində San-Marino millisi ilə oyun üçün və İtaliya millisi ilə yoldaşlıq oyunu üçün Almaniya milli futbol komandasına çağırılmışdır. O, milli komanda ilə debütünü 11 noyabr 2016-cı ildə San-Marino millisi ilə oyunda etmişdir. Həmin görüşdə Almaniya rəqibinə 8-0 hesabı ilə qalib gəlmişdir.
Uğurları
Milli komanda Almaniya FİFA Konfederasiyalar Kuboku: 2017
Fərdi U19 Fritz Valter Medalı: 2016
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Bayer 04 FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:RB Leypsiq FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Monakoda legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri